Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
31 oktyabr 2020 10:42
295

İzmirdə daha bir zəlzələ baş verib

Türkiyənin Egey bölgəsində 5 bal gücündə zəlzələ baş verib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur.

Yerli vaxtla saat 08.31-də meydana gələn təkanların ocağı yerin 7 kilometr dərinliyindədir.

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, dünən Türkiyənin həmin bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib.