11 iyul 2019 09:53
79

İtaliyanın bəzi regionlarında əlverişsiz hava şəraiti gözlənilir

İtaliyanın yeddi regionunda − Lombardiya, Trento, Veneto, Emiliya-Romanya, Marke, Pyemont və Toskanada yağış və fırtına ilə müşayiət ediləcək əlverişsiz hava haqqında xəbərdarlıq elan olunub.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, sinoptiklər sabah mərkəzi əyalətlərdə havanın əlverişsiz olacağı barədə məlumat veriblər. İtaliyada uzun sürən istilik dalğasından sonra son iki gündür ki, ölkənin şimal əyalətlərində tufanlar və dolu bir sıra fəsadlara yol açıb. Qarşıdakı iki gündə isə İtaliyanın mərkəzində və cənubunda “afa” adlanan isti və bürkülü hava şəraiti güclü küləklərlə əvəz olunacaq.