26 yanvar 2021 05:29
553

İtaliyanın baş naziri istefa verəcək?

İtaliya Respublikasının baş naziri Cüzeppe Kontenin vəzifəsindən istefa verəcəyi məlum olub.

“İki sahil”in məlumatına görə, bu barədə baş nazirin rəsmi iqamətgahı məlumat yayıb.

Qeyd olunub ki, sabah (26 yanvar - Red) Nazirlər Kabinetinin iclası keçiriləcək: “İclasda baş nazir istefa verəcəyini bəyan edəcək. Daha sonra istefa ərizəsini İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təqdim edəcək”. İstefanın formal xarakter daşıyacağı ehtimal olunur, çünki Kontenin yeni mandat alması və parlamentdə daha geniş dəstək alacaq kabinet qurma imkanı qazanması mümkündür.