22 may 2020 13:07
168

İtaliyada Etna vulkanı püskürüb

İtaliyanın Siciliya adasında yerləşən və Avropanın ən iri vulkanı hesab olunan Etna püskürüb.

Trend-in məlumatına görə, vulkan 4,5 kilometr hündürlüyədək kül sovurub. Püskürmə 3 saat ərzində davam edib.

Qeyd edək ki, Etna vulkanı mütəxəssislərin daimi müşahaidəsi altında olsa da, adətən püskürmələr əhaliyə ciddi təhlükə törətmir.