19 may 2020 12:27
640

İtaliya təhlükəsiz turizmi bərpa edəcəyini açıqlayıb

İyunun 3-dən etibarən İtaliya hər şeyə yenidən başlayacaq. Biz regionlar daxilində hərəkət və Avropadan gələn qonaqlarımızı qəbul edə biləcəyik.

Bunu İtaliyanın Xarici İşlər naziri Luiji Di Mayo Avropa Birliyindəki həmkarları ilə keçirdiyi görüşdə deyib.

Nazir qeyd edib ki, İtaliyadakı bütün turizm obyektləri, xidmət sahələri və otellər buna hazırdır.

Avstriya və Almaniyadan olan həmkarlarının İtaliyaya səfərə açıq olmamaları barədə qərarına cavab olaraq Di Mayo deyib ki, AB ölkələri arasında “qara siyahı”ların olması faktı üzücüdür. O, vurğulayıb ki, bu qərar dəyişməzsə həmin ölkələrin əlaqədar sektorlarına da zərbə vuracaq. “Biz birlikdə hərəkət etməliyik. Hər gün İtaliya regionlar üzrə hesabat təqdim edəcək və hər kəs vəziyyətin necə olduğunu görəcək”,-deyə italiyalı nazir vurğulayıb. //AZƏRTAC