06 dekabr 2019 19:15
170

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - dekabrın 7-8-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin əsasən yağmursuz olacağı, lakin dekabrın 8-də axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-3°, gündüz 5-7° isti olacaq.

Lənkəran-Astara bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturunun gecə 4-6°, gündüz 8-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 4-6° isti olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz, lakin dekabrın 8-də axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti olacağı bildirilir

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşam yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-4°, gündüz 7-12° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasının hava şəraiti əsasən yağmursuz olacaq. Lakin dekabrın 8-də gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturunun gecə 3°, şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 5-9° isti olacağı ehtimal edilir.

Paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin dekabrın 8-də axşama doğru bəzi yerlərdə yağış yağacağı bildirilir. Səhər zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 10-13° isti olacağı gözlənilir.