06 dekabr 2019 20:00
179

İstanbulun Sabiha Gökçən hava limanı ilin ən yaxşı aeroportu seçilib

Dünyanın qabaqcıl hava yolu şirkətlərindən biri olan Asya Pasifik Aviasiya Mərkəzi tərəfindən bu sektora verdiyi böyük töhfələr və il ərzində 30 milyondan çox sərnişinin istifadə etdiyi aeroportu olaraq İstanbulun Sabiha Gökçən hava limanı ilin ən yaxşı aeroportu seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Sabiha Gökçən hava limanı məlumat yayıb. Məlumata əsasən, Maltada keçirilən Dünya Aviasiya Zirvəsində təşkil olunan mükafatlandırma mərasimində Sabiha Gökçən adına mükafat aeroportun baş meneceri Ersel Görala təqdim edilib.

Türkiyənin ikinci, Avropanın isə 12-ci ən işlək hava limanı hesab edilən Sabiha Gökçən beynəlxalq aeroportu ildə təxminən 35 milyon sərnişinə xidmət göstərir.