Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
14 iyul 2020 21:08
668

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Tovuz rayonu istiqamətində hücumunu pisləyən bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı əsgərlərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyən bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.
İƏT-in Baş Katibliyi İslam Əməkdaşlıq Təşkilatının və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllini dəstəkləyən qərar və qətnamələrini bir daha xatırladıb.