13 yanvar 2021 21:21
170

İslahatlar media sahəsinə də çatdı - Baş redaktorların fikirləri

Son illər ölkədə müxtəlif istiqamətlərdə aparılan islahatlar media sahəsinə də çatdı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılması bunu deməyə əsas verir. Azərbaycanda yeni yaradılan Medianın İnkişafı Agentliyi yeni innovativ əsalarda və yeni keyyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək.

"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yazılı mətbuatı əhatə edirdisə, yeni agentliyin həm "online" media, agentliklər, adi vizual media, jurnalistlərin xaricdə təhsil alması və hansısa qanunun pozulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət kimi genişləndirilmiş səlahiyyətləri var".

"İki sahil"in məlumatına görə, bunu Trend-ə açıqlamasında "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib. Onun sözlərinə görə, yeni yaradılan agentliyik Azərbaycan mediasının inkişafına təkan verəcək: “Yeni agentliyin yaranmasını çox yüksək qiymətləndiririk, bu, Azərbaycan Prezidentinin mediaya diqqətinin növbəti bir sübutudur. Bilirik ki, son vaxtlar söhbətlər gedirdi, informasiya texnologiyaların və komunikasiyaların inkişafı, bunlar medianın qarşısına yeni tələblər qoyur və medianın yeni formaları yaranır. Bu baxımdan, indi həm mətbuatın inkişafının dərinləşdirilməsi barədə və yeni agentliyin yaranması, orada nəzərdə tutulan məqamlar daha geniş spektri əhatə edəcək.

Düşünrəm ki, bunların hamısı mediamızın inkişafına bir kömək olacaq. Eyni zamanda, media haqqında qanunun iki ay ərazində hazırlanması nəzərdə tutulur. Biz də arzu edərdik ki, bu da geniş spektrli jurnalistlərin, mütəxəssislərin müzakirəsinə verilsin. Çünki informasiya texnologiyaları sürətlə inkişaf edir, çox güman ki, tez-tez bu qanunda dəyişikliklərin edilməsi gələcəkdə də vacib olacaq.

Hesab edirəm ki, ölkədə son vaxtlar baş verən sürətli inkişaf prosesi mediaya da şamil olunur. Media bu işlərdən kənarda qalmamalıdır, bu proseslərlə ayaqlaşmalıdır”.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu da qeyd edib ki, Medianın İnkişafı Agentliyinin yaradılması milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər:

“Eyni zamanda, milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək. Məsələ ondadır ki, milli informasiya məkanımızda keyfiyyət dəyişiklərinin yaradılması zərurəti hər bir media mənsubu tərəfindən dərk edilən, hətta deyərdim ki, arzuedilən bir həqiqət idi. Bunu zəruri edən təkcə klassik medianın ənənəvi problemləri deyildi. Eyni zamanda, hazırda müxtəlif internet resurslarında formalaşan informasiya subyektləri, onların davranış və fəaliyyəti və bunun informasiya təhlükəsizliyi kontekstində tənzimlənməsi məsələsi də günümüzün tələblərindən biri idi.

Milli informasiya məkanımızda informasiya istehlakçıları, onların mənbə kimi istifadə etdikləri informasiya subyektlərinin çoxşaxəliliyi və bunun virtual və real ictimai münasibətlər sistemimzə təsiri məsələləri kompleks şəkildə yanaşma tələb etməklə sadalanan münasibətlərin ictimai və hüquqi tənzimlənməsi məslələrini aktuallşadırırdı. Başqa mühüm bir problem isə mediamızın bir şəkildə qlobal informasiya məkanına inteqrasiyası, yaxud bu məkanın imkanlarından milli informasiya məkanımızın lehinə istifadə edilə bilməməsi gerçəkliyi idi”.

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə bildirib ki, son dövrdə informasiya məkanında arzuolunmaz halların sayı çoxalmışdı, bu da mənfi nəticələrə gətirib çıxara bilərdi:

“2-ci Qarabağ Müharibəsi zamanı media məkanında çoxdan bəri müşahidə olunan problemlər daha da kəskinləşdi. Söhbət informasiya təhlükəsizliliyindən, informasiya çirkliliyindən və KİV üzərindən həyata keçirilən təxribat əməllərdən gedir. Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, müxtəlif şəxslərə, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır.

Mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdı”.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, Prezident İlham Əliyev Medianın İnkişaf Agentliyini təsis etməklə mediamızın inkişaf tarixində keyfiyyətcə yeni mərhələ açdı:

"Media islahatında nəzərdə tutulmuş istiqamət və mövzular o qədər dərin və əhatəlidir ki, onların həyata keçirilməsi ölkəmizdə media sektorundakı ümumi mənzərəni və inkişaf təmayüllərini köklü şəkildə dəyişəcək. MEDİA-nın yeni rəhbərliyinin media sektorumuzun inkişafı sahəsindəki son çağırışlarla və durumla bağlı iş təcrübəsinə malik olması deməyə əsas verir ki, Agentlik cənab Prezidentin media qarşısında qoyduğu yeni inkişaf tələblərini əhəmiyyətli səviyyədə icra edə biləcək.

İslahatlar medianın dövlət maliyyələşməsini, metodik dövlət və peşə platforması ilə təmin edilməsini, ən yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini, jurnalistlərin peşəkarlıq və təhsil səviyyəsinin artırılmasını, media-dövlət-cəmiyyət üçbucağında sağlam və şəffaf əməkdaşlığın daha da möhkəmlənməsini, medianın bütün qurumlarında məsuliyyət və etik-peşə davranışlarının daha təkmil hala gətirilməsini, beynəlxalq əlaqələrin həqiqətən qarşılıqlı faydalı platformaya çevrilməsini yüksək səviyyədə təmin edə biləcək".