Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
09 iyul 2020 12:04
1194

İşindən istefa etdi, dünyanı avtostopla səyahət etdi - FOTO

Həm qadınları, həm gəncləri ilhamlandıran Nurtaç Variant korporativ işindən istefa edib və həm Türkiyəni, həm də Avropanı gəzdi. Türkiyənin "milliyət" qəzeti karantin dövründə ailəsinin evində Nurtacın səyahəti barədə fikirlərini öyrənib.

"İki sahil" oxucuları üçün xoş müsahibəni təqdim edir:

"Əslində bu qərarla təkcə işimdən deyil, cəmiyyətdən istefa etmək istədim. Çünki, heç vaxt özümü cəmiyyətə aid hiss etmirdim, ailədə, yaxınlarla olan mühitdə, işdə, hər yerdə xəyallarımın və arzularımın mühitimə çox zidd olduğunu düşünürdüm. Karyeram, əmlakım, hər şeyimin olmasına baxmayaraq xoşbəxt deyildim. Daha sadə və təbii həyat məni daha çox cəlb etdi. Cəmiyyətdə lyüks həyatı yaşayırdım, ancaq xoşbəxtliyi yollarda axtarırdım. Həftəlik 1 günlük istirahətimlə Türkiyənin hər qarışını gəzdim. İşləyərkən səyahət etmək çox çətindir, yalnız 1 gününüz var və bir gün gəzə bilərdim. Ancaq vaxtım olsaydı, avtostopla gəzib, çadırda qalaraq gündəlik hazırladığım şeylərləqarnımı doyura bilərdim və ya sevərək etdiyim işləri edə bilərdim. Sonuncu dəfə iclasa getdim, bu dəfə yüksək dabanlı ayaqqabı geyinmədim, əvvəlcə bütün topuqlu ayaqqabılarımı atdım. Sonra rahat ayqqabı ilə görüşdə iştirak etdim. Sonra dedim ki, 1 günlük məzuniyyətlə dünyanı gəzmək üçün kifayət deyil və istefamı verdim."

Yolda baş verən ən qorxulu məqam hansı idi?

- Yolda nə qədər sərbəst səyahət etmək istəsəm də, heç vaxt nəzarəti əldən verməməlisən, qaranlıq düşəndə ​​yeriniz təhlükəsiz olmalıdır və bunu əvvəlcədən düşünərək planlaşdırmalısınız. Çünki nəqliyyat vasitələri dərhal dayanmaya bilər. Ən çox qorxduğum şey qaranlıqda magistral yolda qalmaqdır və 1 dəfə qaldım. Yalnız yük maşınları keçdi, çox qorxunc idi, evdə otağında tək qala bilməyən bu qız, magistral yolda havanın işıqlanmasını gözlədi, amma yaşadığım adrenalin inanılmaz idi.

Yollarda unutmadığın an nədir?

- Səyahətlərimi dəli kimi əylənərək keçirirəm. Şükürlər olsun ki, mən heç bir pis hadisə yaşamadıb, kənd qəhvəxanasında 80 yaşlı baba ilə nərd oynadım, sürücü ilə yolda avtomobili dayandırıb rəqs etdik, düşünürəm ki, yaşlı insanlarla daha çox əylənirəm.

Orxan Vahidoğlu, "İki sahil"