07 iyun 2019 11:14
436

İrina: Boşanmaq uşağın ölümündən daha dəhşətli idi - VİDEO

Gürcü əsilli müğənni Valeri Meladzenin həyat yoldaşı İrina “İnsan taleyi” adlı verilişdə ərinin ona xəyanət etməsindən danışıb.

Publika.az xəbər verir ki, İrina 20 illik həyat yoldaşı V.Meladzenin onu aldatdığını öyrənəndə əsl şok yaşadığını deyib. O bildirib ki, həyat yoldaşının ola sadiq ola bilməyəcəyini ağlına da gətirməyib. İrina ərinin ondan uzaqlaşdığını, lakin bunu işdəki problemlərlə əlaqələndirdiyini deyib. Qadın Meladzenin Albina Canabayeva ilə görüşdüyünü mübahisə zamanı öyrənib:

“O, mənə adını demədi. Onda yaxın tanışlardan birinə zəng etdim, qadının kimliyini və hər şeyi o, mənə telefonda dedi. Mənəvi reanimasiya 5 il davam etdi. Sinəmdə böyük bir boşluq var idi. Mənim üçün boşanmaq uşağın ölümündən daha dəhşətli görünürdü”.

İrinanın sözlərinə görə, o, ərinin Albina ilə görüşdüyünü bilənə qədər ona heç vaxt potensial rəqib kimi baxmayıb, lakin öyrəndikdən sonra onunla görüşmək istəyib:

“Onunla danışmaq istədim. Nömrəsini öyrənib görüşə dəvət etdim. Bu çağırışı etməkdən qorxmadım. Düzünü desəm, bunun necə qəbul ediləcəyini, qürur verə biləcəyini və ya bilməyəcəyini bilmirəm, amma heç vaxt yarımçıqlıq kompleksi yaşamamışam. Oturmaq və gözlərinə baxmaq istədim. Kimlə rəqib olduğumu başa düşmək istədim”.

Lakin Canabayeva sevgilisinin qanuni həyat yoldaşı ilə görüşməkdən imtina edib. İrinanın sözlərinə görə, onun Albinanın saçını yolmaq arzusu olmayıb və əgər bu görüş baş tutsaydı, o, özü də bilmirdi ki, ona nə dəyərdi.

Tok-şouda İrina da onu deyib ki, Albinanın onun ərindən oğul doğduğundan da xəbəri olmayıb. Ulduzun keçmiş həyat yoldaşı Albinanın oğlunun hansısa biznesmendən dünyaya gəldiyini düşünüb:

“Uşağı doğulanda heç nədən xəbərim yox idi, üstəlik Albinanı təbrik etmişdim. Onun ikinci ailəsi olğdunu öyrənəndə ilk aylar bağışlamaq haqqında heç nə fikirləşmirdim, amma sevgi qəribə vəziyyətdir. Düşünürəm ki, o, vaxtında qayıtsa idi, bağışlayardım”.

İrina sonda əlavə edib ki, 3 qızı atalarının başqa qadından olan 2 oğlu ilə yaxşı yola gedir:

“Mən yuxu dərmanı içə və ya özümü asa bilərdim, amma etmədim. Bioqrafiyamdan heç bir səhifəni silmərəm. Nəticədə Valera ilə indi münasibətlərimiz yaxşıdır, ümid edirəm ki, bu, gələcəkdə də belə davam edəcək”.