24 may 2020 10:40
470

İranın Ali Rəhbəri əfv fərmani imzalayıb

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri İbrahim Rəisi 3721 məhkumun əfv olunması ilə əlaqədar Ali Rəhbər Ayətullah Əli Xamneyiə müraciət edib.

AZƏRTAC xəbər verir ki, İranın Ali Rəhbəri müraciətə müsbət cavab verərək Ramazan bayramı münasibətilə əfv fərmanı imzalayıb.

Fərmana əsasən bir sıra məhkumlar azadlığa buraxılıb, digərlərinin isə məhkumluq müddəti azaldılıb.

Yerli mətbuatın yazdığına görə azadlığa buraxılanlar arasında hərbi cinayətlərlə həbs olunanlar da var.