20 fevral 2020 16:29
967

İranda koronavirusa yoluxan daha 3 nəfər aşkar edilib

İranda daha 3 nəfərdə koronavirus aşkar edilərək Babul Universitetinin xəstəxanasına yerləşdiriliblər.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib.

Virusa yoluxanların ikisi Qum, biri isə Ərak şəhərindəndir.

Qeyd edək ki, ötən gün Qum şəhərində koronavirusa yoluxan 2 nəfər həkimlərin səylərinə baxmayaraq həyatlarını itiriblər. //AZƏRTAC