09 oktyabr 2019 18:21
217

İqtisadi əlaqələrin perspektivləri müzakirə olunub

SOCAR-ın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi layihələrə dair müzakirələr aparılıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-da Türkiyənin Sənaye və Texnologiya nazirinin müavini Hasan Büyükdedenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə SOCAR-ın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi layihələr, iki qardaş ölkə arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə mövzusu olub.