10 iyul 2020 11:36
396

“İnter” qalib ola bilmədi

İtalya A seriyasının 34-cü həftəsində “İnter” səfərdə “Hellas Verona” ilə qarşılaşıb.

"İki sahil" xəbər verir ki, oyunda 2-2-lik bərabərlik qeydə alınıb.

“Hellas Verona” 2-ci dəqiqədə Lazoviç ilə önə keçib. 49-cu dəqiqə “İnter” Candreva ilə bərabərlik qolunu vurub. 55-ci dəqiqə Dimarconun öz qapısına vurduğu qolla “İnter” önə keçib. 86-cı dəqiqə “Hellas Verona”dan  Velosun vurduğu qol hesabı təyin edib.2-2

Bu nəticədən sonra “İnter” xalını 65-ə yüksəldib və həftəni  4-cü sırada tamamlayıb.”Hellas Verona” isə 43 xala  yüsələrək 9-cu yerdə qalıb.