29 iyun 2020 12:14
523

“İnter” 3 xalı son 5 dəqiqədə qazandı

İtalya A Seriyayasınin 28-ci həftəsində “İnter” klubu səfərdə “Parma” ilə üz-üzə gəlib.

"İki sahil" xəbər verir ki, ”Ennio Tardini” satadionundakı oyunda “İnter” son 5 dəqiqədə vurduğu qollarla qalib gəlib. Oyunun 15-ci dəqiqəsində “Parma” klubu Gervinyonun vurduğu qolla 1-0 irəli kecib. "İnter" əvvəl Vrijin qolu ilə hesabı bərabərləşdirib. Daha sonra “İnter” klubunun oyunçusu Bastoninin qolu ilə3 xalı qazanıb. Bu nəticə ilə “İnter” xalını 58-ə catdırıb və A Seriyasındakı 3-cü yerini qorudu. "Parma" klubu isə siyahıda 8-ci yerdədir.