24 aprel 2019 12:14
218

“İnstaqram”dan yeni funksiya...

Tez-tez istifadəçilərinə yeni funksiyalar təqdim edən “İnstaqram” bu yaxınlarda bəyənmələrin sayını ləğv etməyi  planlaşdırdığını açıqladı. Həmçinin fotoşəkillərə üstünlük verilməsini və bunun bir yarışa çevrilməsini istəmədiklərini söylədi.  Şirkət hələ ki bu funksiyanı həyata keçirməsə də test işləri davam edir. Digər tərəfdən yeniləmə ilə “İnstaqram”a yeni bir xüsusiyyət təqdim ediləcək.

“İnstaqram” sürpriz bir funksiya ilə istifadəçilərinin qarşısına çıxmağa hazırlaşır. Bu yeni funksiyanın tətbiqindən sonra “İnstaqram” istifadəçiləri videoları birlikdə izləyə biləcəklər. Ayrı-ayrı telefonlardan bir videonu seyr edərkən istifadəçilər bir-birinin üzlərini görəcək və birlikdə izlədikləri video ilə bağlı reaksiyalarını dostu ilə eyni vaxtda paylaşa biləcəklər.

Test mərhələsində olan yeni funksiya aktiv olduqdan sonra istifadəçilər bir-birilərini görüb səslərini eşidərək birlikdə videoları izləmək imkanı qazanacaqlar.

“İnstaqram”a yeni bir nəfəs gətirməsi gözlənilən bu yenilənmənin nə zaman aktivləşəcəyi bəlli olmasa da, hələ də test mərhələsində olduğu üçün bu funksiya hər an istifadəçilərə təqdim oluna bilər.

Röya Rasimqızı, “İki sahil”