25 avqust 2019 11:40
166

İngiltərə Premyer Liqası: “Liverpul” “Arsenal”ı məğlub edib

Avqustun 24-də futbol üzrə İngiltərə Premyer Liqasında üçüncü turun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Enfild” stadionunda “Liverpul” London təmsilçisi “Arsenal” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yurqen Klopun yetirmələrinin heyətində Joel Matip (41) və Məhəmməd Salah (49, 58) fərqləniblər. “Arsenal”ın yeganə qolunu isə 85-ci dəqiqədə Lukas Torreyra vurub.

Ardıcıl üçüncü qələbəsini qazanan “Liverpul” 9 xalla turnir cədvəlinin vahid lideri olub. “Arsenal” isə 6 xalla ikinci yerdədir.