31 may 2019 10:59
513

İndiyədək AÇG-dən 280 milyon ton mənfəət nefti əldə edilib

Azərbaycan bu vaxtadək Xəzərdəki “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 280 milyon ton mənfəət nefti əldə edib.

Bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında deyib.

O qeyd edib ki, indiyədək “Azəri-Çıraq-Günəşli”dən 483 milyon ton neft və 157 milyard kubmetr təbii qaz hasil olunub.