16 aprel 2019 14:27
158

İlham Əliyevdən Notr-Damla bağlı twit

Prezident İlham Əliyev: Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim

Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün Twitter səhifəsində yazıb.

“Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.