13 yanvar 2021 22:26
162

İkimərtəbəli ev yanıb

Qazax rayonunda ikimərtəbəli ev yanıb.

“İki sahil” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Hüseynbəyli kəndində baş verən yanğın nəticəsində ümumi sahəsi 900 m² olan (hər mərtəbəsi 450 m²) evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 450 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.