22 aprel 2019 11:30
212

İki ailə arasında dava - Balta ilə... - 5 yaralı var

Türkiyənin Bursa şəhərində iki ailə arasında dava düşüb.

Publika.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, dava zamanı balta, bıçaq və digər kəsici alətlərdən istifadə olunub.

Məlumata görə, 29 yaşlı Sevinc A. əvvəlki evliliyindən olan uşağına həyat yoldaşı və qaynanasının işgəncə vediyini iddia edib evdən çıxmaq istəyib. Ər və arvad arasında başlayan mübahisə qohumların da məsələyə qarışması ilə nəticələnib. Dava zamanı 5 nəfər xəsarət alıb.

Polis hadisəni araşdırır.