25 avqust 2019 11:18
172

II Yelizaveta Trampa görə qazonun korlanmasından şikayətlənib

Böyük Britaniya kraliçası II Yelizaveta Avstraliyanın baş naziri Skott Morrisona Bukinqem sarayının qazonunun ABŞ lideri Donald Trampın vertolyotuna görə korlanmasından şikayətlənib.

“Report” xəbər verir ki, bu barədə "Daily Times" nəşri yazıb.

Morrisona yaxın mənbənin bildirdiyinə görə, kraliça Trampın vertolyotunun mühərriklərinin, həmçinin onun şassilərinin qazon üzərində qoyduğu izlərdən narahatçılığını ifadə edib.

"Mənim çəmənliyimə bir baxın. O, korlanıb", — deyə mənbə kraliçanın sözlərini sitat gətirib.