15 may 2019 14:25
78

İcbari tibbi sıgortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək

İcbari tibbi sıgortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək. Amma elə xidmətlər də var ki, onların tətbiq olunması icbari tibbi sığortada nəzərdə tutulmayıb.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov hesab edir ki, icbari tibbi sığorta böyük sosial layihə olaraq 2020-ci ildən tətbiq olunacaq:

"İcbari tibbi sığorta ilə bağlı paketdə hansı xidmətlərin göstəriləcəyi nəzərdə tutulub. Bütövlükdə icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətlərini əhəmiyyətli dərəcədə genişləndirəcək".