19 may 2019 10:07
523

Hondurasda təyyarə qəzaya uğrayıb, ölənlər var

Hondurasın Roatan adası sahillərində təyyarə qəzaya uğrayıb.

AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarə hava qalxdıqdan bir qədər sonra dənizə düşüb.

Qəza nəticəsində pilot da daxil olmaqla, 6 nəfər həlak olub. Onlardan 5-i turistdir.

Ölkənin silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, qəzada ölənlərin 4-ü ABŞ vətəndaşıdır. Bəzi mənbələrsə qəza nəticəsində 4 Kanada vətəndaşının öldüyünü bildirir.

Qəzada həlak olan 5-ci turistin vətəndaşlığı barədə məlumat yoxdur.