Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
25 oktyabr 2020 21:22
331

Hikmət Hacıyev:  Nur içində yat, Dmitri!

“Azərbaycanın igid oğlu - əsgər Solnsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun 25 yaşı var idi. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın fəxri vətəndaşı idi. Nur içində yat, Dmitri!”.

"İki sahil" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Tvitter" hesabında yazıb.