13 avqust 2020 20:00
3824

Heydər Əliyev adına NEZ-də koronavirusla ciddi mübarizə aparılır

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) rəhbərliyi koranavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir çox qabaqlayıcı tədbirlər görmüşdür.

Belə ki, “Koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktik tədbirlər barədə” SOCAR-ın müvafiq əmrinin icrası ilə əlaqədar zavod rəhbərliyi tərəfindən  struktur bölmələrdə istehsalatın fasiləsiz iş rejimi gözlənilməklə, vəzifə funksiyaları evdə yerinə yetirilməsi mümkün olan və işə gəlməsi üçün xüsusi zərurət olmayan işçilərin əmək haqqı ödənilməklə evdə qalmalarını həyata keçirmiş, hərarəti olçmək üçün termometrlər, döşəmə üçün dezinfeksiyaedici aparatlar və antiseptik gel üçün dispenserlər alınmışdır. Koronavirusun profllaktikası üşün plakatlar, maarifləndirici şüarlar hazırlanmış və zavodun bütün sahələrində lövhələrə vurulmuşdur.

SOCAR-ın Baş ofisinin Tibbi Xidmətin Təşkili departamentinin rəis müavini Arzu Namazovanın və zavodumuzun idarə aparatının, istehsalat və sahələrin işçilərinin iştirakı ilə koronavirus infeksiyası ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır.

Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində, zavoda işçiləri daşıyan 17 ədəd avtobus və digər minik maşınları dezinfeksiya olunur. İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə avtobuslar dezinfeksiya edilir. İstismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işləri həyata keçirilir.

Gündəlik bütün işçilərə pulsuz maska verilir. İşə gələn işçinin hərarəti ölçülüb işə buraxılır, zavodun bütün sahələrində əlləri dezinfeksiya etmək üçün dispensirlər quraşdırılmışdır. Dezinfeksiyaedici məhluldan istifadə olunur və bütün sahələr gündə iki dəfə  xüsusi dərmanlarla dezinfeksiya edilir.

Hamımız məsuliyyətli olmalıyıq. Əgər biz bütün qaydalara ciddi riayət etsək qısa müddət ərzində mövcud karantin rejimini daha da yumşaldıb normal həyata tez qayıda bilərik. Ona görə də COVID-19-la mübarizədə qalib olmaq, əvvəlki həyatımıza qayıtmaq üçün səylərimizi artırmalıyıq. Gigiyena qaydalarına əməl etmək, tibbi maskadan istifadə etmək, sosial məsafəni gözləmək lazımdır.Bu tələblərə əməl  etsək “Biz birlikdə güclüyük” deyərik.

Əjdər Mustafayev,
Ekologiya şöbəsinin rəisi