26 yanvar 2021 01:01
432

“Herta”nın yeni baş məşqçisi kimdir?

Almaniyanın "Herta" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"İki sahil" bildirir ki, Berlin təmsilçisini Pal Dardai çalışdıracaq. Macarıstanlı mütəxəssisə Andreas Noyendorf kömək edəcək. Dardai istefaya göndərilən Bruno Labbadianı əvəzləyəcək.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis əvvəllər də Dardaini çalışdırıb. O, 2015-19-cu illərdə paytaxt təmsilçisinə rəhbərlik edib. Bunadək isə macarıstanlı 15 il bu komandanın futbolçusu olub.