24 aprel 2019 13:14
160

SOCAR: Hədəf sıxılmış təbii qaz məntəqələrinin sayını 14-ə çatdırmaqdır

"Hazırda 9 sıxılmış təbii qaz məntəqəsi (STQ) hazırdır. Bu ilin sonu üçün olan hədəfimiz isə bu sayı 14-ə çatdırmaqdır". 

"İki sahil" xəbər verir ki, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David  Məmmədov bildirib.

"2020-ci ildə 1-i Bakıda , digəri regionda olmaqla 2 terminal tikiləcək. Bütün əsas yollarda, Şimal, Qərb və Cənub istiqamətində əlavə 6 STQ məntəqəsi olacaq. Məqsəd hər 100 kilometrdən bir həm elektrik, həm də sıxılmış təbii qazın olduğu yanacaqdoldurma məntəqələrinin olmasıdır. Hazırda SOCAR Petroleum tərəfindən xüsusi proqram həyata keçirilir. Burada Kapital Bank da iştirak edir, onun xüsusi taksit proqramı var və onun vasitəsi ilə hər bir avtomobil sahibi bundan istifadə etməklə sıxılmış təbii qazın istehlakçısına çevrilə bilər. Bununla da hər bir şəxs xərcsiz  sıxılmış təbii qaz avadanlığını avtomobilinə quraşdıra, sonradan onun dəyərini taksitlə ödəyə bilər"-deyə, D,Məmmədov vurğulayıb.