11 fevral 2019 10:24
335

Hər bir azərbaycanlının Prezidenti

2003-cü ilin oktyabrından xalqın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev bəyan etmişdi: Ölkə başçımız  cənab İlham Əliyevin prezident seçilərkən xalq qarşısında çıxışı zamanı qeyd etmişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam.”

Ölkə başçımızın dövlətimizə rəhbərlik etdiyi son 15 ilin yekunlarına nəzər salsaq görərik ki, həqiqətən  illər öncə xalqa  siyasi liderimizin verdiyi bu vəd gerçəkləşdi. Bu illər ərzində hər bir azərbaycanlı özünün gündəlik həyatında cənab  İlham Əliyevin diqqət və qayğısını hiss etdi. Lap elə bu yaxınlarda yanvarın 28-də Prezident sarayında  Prezident İlham Əliyevin Şəhid ailələrinin üzvləri ilə görüşdə Prezidentin şəhid ailələrinə səmimi münasibəti, heç bir şəhid vərəsəsinin  dövlətin diqqət və qayğısından kənarda qalmaması ilə bağlı tapşırıq verməsi bir daha onu göstərdi ki, ölkə başçımız hər zaman Azərbaycan vətəndaşını düşünür. Hər bir azərbaycanlının gələcəyini düşünmək, onlarla maraqlanmaq, ciddi tədbirlərin görülməsi üçün Fərman və sərəncamlar imzalamaq, əməl olunmasını diqqətdə saxlamaq humanist liderimizin sahib olduğu əsas insani keyfiyyətlərdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  şəhid ailələri ilə görüşü zamanı və fevralın 7-də Şamaxı şəhərinə səfəri zamanı ağbirçəklərimizlə çəkdirdiyi şəkillərə duyğulanmadan baxmaq mümkün deyil. Necə də səmimi, sevgi  əks etdirən şəkillərdir... Şəkillərin əsas məqamı isə analarımızın yollara dikilən ümid dolu gözləri,  elə bil, onlar onu gözləyirdi: Vətən oğlu, xalqını düşünən mərhəmətli siyasi lider, humanist Prezident İlham Əliyevi. O ümidi, inamı görməmək mümkün deyil.  Cənab Prezidentin onlara diqqət göstərməsi, dinləməsi bir anlıq da olsa dərdlərini unutdurur, sevindirir. Üzlərinə illərin çəkdiyi qırışların arasına təbəssüm cizgiləri qonur. Çünki həmin an qəlb də gülür. Prezidentin onların yanına getməsi, üzündən, əlindən öpməsi Azərbaycan qadınının, anasının, ağbirçəyinin bizim üçün nə qədər müqəddəs, dəyərli, əziz olduğunu göstərir. Bu humanizmdir, bu müdriklikdir...

Fevralın 7-də ölkə başçısımızın zəlzələ bölgəsinə səfəri və həmin səfər çərçivəsində zəlzələdən əziyyət çəkmiş insanların qarşısına çıxaraq onlarla səmimi görüşlər keçirməsi  həqiqətən də təqdirəlayiq haldır. Həmin görüş zamanı ölkə başçımızın - “Mən buraya gəlməyə bilməzdim” - ifadəsini işlətməsi bir  daha   cənab İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının Prezidenti olmasının göstəricisidir. İnsanlara “Heç nədən narahat olmayın, dövlət tərəfindən bütün lazimi tədbirlər görüləcək” deməsi, zəlzələ nəticəsində evinin bir hissəsinə ciddi ziyan dəymiş yaşlı anamızın əlindən öpməsi, ona təsəlli verməsi, bütün bunlar vətəndaşlara dövlətin və onun uzaqgörən, müdrik liderinin  qayğısının, diqqətinin ən bariz nümunəsidir. Cənab Prezidentin  evin ağbirçəyinə, ailənin digər üzvlərinə təsəlli verməsi,  təkcə maddi deyil, həm də mənəvi dəstək olması, ağbirçəyin əlindən tutması hər bir azərbaycanlı tərəfindən  istiqanlılıqla qarşılandı. Hər kəs Prezidentin bu addımını çox yüksək qiymətləndirdi. Dövlətin, dövlət başçısının sadə vətəndaşın yanında olmasının, onun probleminin həllinə dəstək verməsinin  nümunəsi kimi səciyyələndirildi. Təbii ki, bu, Prezidentin vətəndaşa olan səmimiyyətindən, böyük hörmətindən irəli gəlir.  Şübhəsiz, belə bir rəhbəri olan xalq öz lideri ilə fəxr etməlidir. Bütün bunlar onu göstərir ki, hər bir çətin anda Prezident Azərbaycan vətəndaşının yanındadır. Bütün bu humanist tədbirlər göstərir ki, Prezident İlham Əliyev bütöv Azərbaycanın siyasi, uzaqgörən və humanist lideridir.

Allah heç bir  ocağı ağbirçəksiz, ağsaqqalsız qoymasın. Nə qədər böyüsək, vəzifə, iş sahibi olsaq da, böyüklərimizin varlığı bizim üçün  daim stimul, mənəvi dayaq, təsəlli, ümid  yeridir.

Humanizm və onun qollarından olan sevgi və mərhəmət hisslərinizin əsas idarəedicisi olmalıdır. Yaşından, peşəsindən, vəzifəsindən asılı olmayaraq hər birimizdə bu duyğular ön plana keçməlidir. Böyükdən-kiçiyə insanları sevmək, onlara humanist yanaşmaq, dərdinə, probleminə mərhəmətlə yanaşmaq sahib ola biləcəyimiz ən ali xüsusiyyətdir. Bütün bunlar bizə möhtərəm Prezidentimiz İlham  Əliyevin xalqa təmannasız xidmət nümunəsini bir daha diktə edir.

Yaqut Ağaşahqızı, “İki sahil”