14 fevral 2020 20:59
500

Hər 14 fevralda Parisdə oyanmaq istəyirəm

Meqan Marklın bir neçə il öncə şəxsi bloq səhifəsi olan "The Tig"də yazdığı 14 fevralla bağlı gözləntiləri ortaya çıxıb.

38 yaşlı Meqan 2015-ci ildə etdiyi açıqlamada Sevgililər günü səhərini öpüşlə oyanmaq, yataqda qəhvəaltı sürprizi ilə qarşılaşmaq, yaxud da çiçək qəbul etmək istədiyini qeyd edib:

"Hər 14 fevralda özümü Rober Duanonun fotolarına dalmış kimi hiss edirəm. Öpüşmək üçün heyrətamiz nəfəslə gözləyirəm. Təbii ki, bunların hamısı xəyalımda ağ-qara canlanır. Yataqda qəhvəaltı, şirin eşq qeydi, ya da sadəcə çiçək olsun. Əsas olan məni düşünməsidir. Hər 14 fevralda Parisdə oyanmaq istəyirəm".