19 iyul 2019 20:58
278

Həftəsonu ölkə ərazisində hava yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - iyulun 20-21-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində yaxın iki gündə hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 33-38°, dağlıq rayonlarda 23-28° isti olacaq.

Lənkəran-Astara bölgəsində günəşli hava şəraiti müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 32-37° isti olacağı proqnozlaşdırılır.

Aran rayonlarında günəşli hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 34-39° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz olacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 34-39° isti olacağı bildirilir.

Paytaxtda yaxın iki gündə yağmursuz hava şəraiti müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35° isti olacaq.