KÖŞƏ

Mənsumə Babayeva

Hədəf kənd yollarını yüksək standartlar səviyyəsinə çatdırmaqdır

05 iyun 2020 11:27
1187

Ölkə başçısı cənab İlham Əliyevin mütəmadi olaraq bölgələrə səfəri Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrasına, həmçinin həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Tədbirlər Planının təsdiqlənməsinə geniş imkanlar açır. Prezident İlham Əliyevin iyunun 3-də Tərtər və Ağcabədi rayonlarına səfəri çərçivəsində bir sıra sosial obyektlərin açılışında iştirakı da deyilənlərin təsdiqidir.  

Cənab İlham Əliyevin səfəri bir sıra infrastrukturun yenilənməsinə yönələn layihələrin icrasının başa çatması ilə yadda qaldı. Buruc – Gülabatlı – Xoruzlu – Kəbirli – Bayandurlu – Qaradağlı avtomobil yolunun yenidən qurulmasından sonra açılışında iştirak edən dövlətimizin başçısına yol infrastrukturunun yenilənməsi ilə bağlı məlumat verilərək bildirildi ki, 6 min 800 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 21,5 kilometrdir. Dördüncü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, hərəkət zolaqlarının sayı 2-dir. Yolboyu avtobus dayanacaqları, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib.

Onu da qeyd edək ki, dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq tapşırıqlarına və sərəncamlarına uyğun olaraq bu gün Tərtər rayonunda avtomobil yollarının 81 faizi tam asfalt-betonla örtülüb. Qalan 17 kilometr kənd yollarının yenidən qurulması yaxın zamanlarda başa çatdırılacaqdır.

Ölkəmizdə yol-nəqliyyat kompleksinin yenidən qurulması işi uğurla davam etdirilir. Əgər əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi yerli əhəmiyyətli yolların inşasına xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenilənir. Cəbhəyanı yaşayış məntəqələrinin sosial problemlərinin həlli istiqamətində dövlətimizin başçısının tapşırıq və sərəncamları ilə həyata keçirilən müxtəlif infrastruktur layihələri içərisində yolların tikintisi və təmirinə xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir.

“Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə fərqləndirir” söyləyən dövlətimizin başçısı onu da bildirib ki, yolların keyfiyyətinə görə biz dünyada 30-cu yerlərdəyik. Ancaq əhali artır, fəallıq artır. Baxmayaraq ki, indi koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir. Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək.

Göründüyü kimi, Prezident İlham Əliyevin 2018-ci ildə  imzaladığı Sərəncam “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” bir çox problemləri geridə qoyur.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?