KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Hamını söyürdülər, indi də özlərinin ətrafını söyürlər…

27 sentyabr 2019 10:29
252

Gəmi batır. Bir vaxtlar bizi söyənlər, qınayanlar da artıq necə bir çıxılmazlığa düşdüklərini fərq edib gəmini tərk edir. Özü də sakitcə deyil, bizdən də kəskin ittihamlarla, tənqidlərlə. Nə oldu, nə dəyişdi, bəylər? Bəs, axı bizi ittiham edirdiniz ki, “rejimə” qulluq edirik, sizin bəyinizin “xalq naminə” apardığı siyasətə əngəl oluruq. İndi nə baş verdi ki, siz də “bəy”inizdən üz döndəribən onu ittiham edər oldunuz?

Gəmi batır. Əli Kərimlinin gəmisini deyirəm. Az-çox ağlı kəsən adamlar da gəminin xilasının olmadığına birmənalı əmin olduqları üçün onu tərk etməkdən başqa çıxış yolu görmürlər. Əli Kərimli də bu durumdan daha da əsəbləşir, gəmini tərk edənləri – dünənki cəbhədaşlarını, onun yolunda hər şeyini qurban vermiş, hətta ac-yalavac qalmağa razı olmuş insanları təhqir etdirir. “Generalissimus” Əli Kərimlinin “rəşadətli” trol ordusu “arsenalını” tam olaraq səfərbər edib şiddətli “döyüşlərə” başlayıb. Hətta elə adamları söyürlər ki, o adamlar ömründə heç kimi söyməyib, söyməz də. Tənqid ediblər, radikallıq da ediblər, amma söyüşdən uzaq durmağı bacarıblar. O adamlar düşünüb ki, söyüş söyənlər özbaşına hərəkət edir. Onlara elə gəlib ki, söyüş dəstəsi Əli Kərimlinin iradəsindən kənar hərəkət edir. Lakin bugünlərdə baş verən hadisələr gerçəkləri üzə çıxarıb, söyüş ordusunun arxasında Əli Kərimlinin durması onlara da əyan olub. Və abırlarını qorumaq üçün başlarını alıb qaçmaq qərarına gəliblər. Yəni Əli Kərimlinin batmaqda olan gəmisini tərk ediblər…

İndiki durum bizim illərdir proqnozunu verdiyimiz durumdur. Biz deyirdik ki, bu Əli Kərimli ardıcıllarını, özəlliklə də dünyadan xəbəri olmayan sadəlövh gəncləri uçuruma aparır. Onları qanunsuz əməllərə sürükləyir, həbsə atdırır, şişirdilmiş “siyasi məhbus” siyahıları hazırlayır. Bunun da hesabına əsgərlikdən yayındırdığı fərari övladlarını Böyük Britaniyanın ən bahalı ali məktəblərində oxudur. Biz bunları deyirdik, adamlarsa qulaqardına vururdu. İndi də çanaq öz başlarında çatlayır. Su meymunun boğazına çıxıb, balalarını da ayaqlarının altına alır ki, heç olmasa bir az daha su üzündə qala bilsin…

Bu yandan da Əli Kərimlinin “ən yenilməz”, “ən mübariz”, “ən əyilməz” müavini, qadın haqlarının “yorulmaz” müdafiəçisi Fuad Qəhrəmanlının məsələsi ortalığı qarışdırıb. Fuadla işim yox, ailə məsələsidir, bir müddət sonra hər kəs öz yoluna davam edəcək, məsələ də qapanacaq. Lakin bu olayın Əli Kərimliyə “qonşu arvadı” ləqəbini qazandırması heç vaxt yaddaşlardan silinən deyil. Cəmi 18 yaşlı bir Azərbaycan gənci – ailəsinin içinə qədər gedib çıxmış Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının soyadını belə daşımaq istəməyən qızı öz üsyanıyla həm də Əli Kərimlini faş etdi, bitirdi! Bəli, cəmiyyətə özünü aydan arı, sudan duru bir “lider” kimi sırımaq istəyən, illər öncə öz lideri Əbülfəz Elçibəyi belə gözdən saldırmaq üçün iyrənc kampaniyalar düzənləyən bu zat yenə də mahiyyətinə uyğun davranmağa davam edir. Ağsaqqallıq edib özünün ən yaxınındakı ailənin faciəsini önləyə biləcəyi təqdirdə belə heç bir addım atmamaq bir yana, hətta durumu daha da kəskinləşdirməklə…

Bu “cəbhə” budur. Söyüşçü, öz ailələrinin içindəki durumu nizamlamağı bacarmayan, evdə şiddət göstərib cəmiyyət içində yüksək dəyərlərdən danışanlar. Vətənpərvərlikdən dəm vurub öz oğullarını əsgərlikdən qaçıranlardır bunlar. Korrupsiyadan gecə-gündüz danışıb xirtdəyə kimi korrupsiya içində olanlardır bunlar! Hakimiyyətdən şəffaflıq tələb edib özlərinə gələndə bunun “ş”sini belə yaxına buraxmayanlardır bunlar!..

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...