Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
31 oktyabr 2020 10:47
375

Halldorsson vaxtından əvvəl çempion oldu

Futbol üzrə İslandiya çempionatı və kuboku vaxtından əvvəl başa çatdırılıb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu addım koronavirus pandemiyası səbəbindən atılıb.

Qərar bu ilin iyununda qurumun idarə heyətinin açıqladığı təhlükəsizlik protokoluna uyğun olaraq qəbul edilib.

18 turdan sonra 44 xalı olan "Valür" klubu sona 4 oyun qalmış çempion elan olunub. 2018/2019 mövsümündə "Qarabağ"ın formasını geyinmiş İslandiya millisinin qapıçısı Hannes Halldorsson hazırda bu komandada çıxış edir.