24 may 2019 17:29
396

Hadi Rəcəbli sabah ABŞ-a gedəcək

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Monterey-Lənkəran Dostluq Assosiasiyasının dəvəti ilə mayın 25-dən 29-dək ABŞ-ın Monterey şəhərində səfərdə olacaq.

MM-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər zamanı keçiriləcək görüşlərdə Monterey və Lənkəran şəhərləri arasında yaradılmış qardaşlaşmış şəhər münasibətləri çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq, kənd təsərrüfatı və turizm sahəsində yeni imkanlar dəyərləndiriləcək.