16 may 2019 14:13
84

Gürcüstanda mədən işçiləri tətil elan ediblər

Gürcüstanın daha bir bölgəsində fəhlələr etiraz aksiyası keçirirlər.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Çiatura şəhərində mədənçilər aksiyaya başlayıblar.

Onlar əməkhaqlarının bir neçə dəfə artırılması, iş şəraitinin yaxşılaşdırılması, mədənçilərin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.

Mədən işçiləri “Gürcüstan manqanı” şirkətinin nümayəndələri ilə görüşərək tələbələrini bildiriblər. Lakin, şirkət rəhbərliyi onların tələblərini nəzərə almayıb.

Mədənçilər tətili davam etdirmək qərarına gəliblər.

Gürcüstan Həmkarlar İttifaqları Birliyi mədən sənayesində çalışan işçilərin hüquqlarının müdafiəsinə qalxıb.