06 avqust 2020 01:13
603

Gürcüstanda daha 15 nəfərdə koronavirus aşkarlandı

Gürcüstanda son sutka ərzində daha 15 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 197-yə yüksəlib, bu virusdan ölənlərin sayı isə 17-dir.

Bundan əlavə, indiyədək 974 nəfər sağalıb. Ölkədə 206 aktiv koronavirus xəstəsi var.