14 yanvar 2020 16:19
196

Gürcüstan prezidenti: Rusiya ilə siyasi dialoq aktivləşdirilməlidir

“Cenevrə formatı yenidən canlandırılmalı və aktivləşdirilməlidir”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçısının sözlərinə görə, effektiv diplomatik addımlar atılmalıdır: “Dəfələrlə demişəm ki, Cenevrə formatı yenilənməli və aktivləşdirməlidir”.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında Cenevrə danışıqları 2012-ci ildən etibarən aparılır. Bu danışıqlar iki ölkə arasında yeganə siyasi dialoq formatıdır.

“Report”