26 fevral 2020 17:29
1260

Günlərdir yoxa çıxan 16 yaşlı 3 qız GÖRÜN HARADAN TAPILDILAR

Türkiyənin İsparta vilayətində günlərdir axtarılan 3 gənc qızdan xəbər var.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, sonuncu dəfə Dənizli bölgəsində göründükləri deyilən 16 yaşlı Tuana Yıldız, 16 yaşlı Gülizar Soy və həmyaşıdları Buse Aydoğan İzmirin Konak qəsəbəsində tapılıblar.

3 şagird də tarixi "Saat Qülləsi" yaxınlığında üzə çıxıblar. Üzərlərindən şəxsiyyət vəsiqələri çıxmayan qızların polislər tərəfindən dindirilməsi davam edir.