07 oktyabr 2019 12:16
241

Günəşlidə bəzi abonentlərin təbii qaz təchizatı dayandırılıb

Oktyabrın 6-da saat 22:00 radələrində “Azəriqaz” İstehsalat Birliyinə Suraxanı rayonu, Günəşli qəsəbəsi, “D” massivi, ev 12, blok 1-dəki bəzi mənzillərdə qaz qoxusunun gəlməsi ilə bağlı məlumat daxil olub. Təhlükəsizlik baxımından gecə saat 02:15-dən etibarən həmin ünvandakı abonentlərin qaz təchizatı dayandırılıb. Qeyd olunan ünvana səhər saatlarından birliyin mütəxəssisləri cəlb olunub, araşdırma aparılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.