15 noyabr 2019 11:22
161

Gümrükçülər saxladı - FOTO

Gürcüstandan Azərbaycana külli miqdarda dərman preparatlarının keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla xeyli miqdarda dərman preparatının ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıb.

Komitədən "Report"a verilən məlumata görə, əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.

Nəqliyyat vasitəsinin yoxlanması zamanı yük yerində 48 ədəd üzərində "Ovitrelle 250 mcg/05 ML", 1 456 ədəd "Paxıl 20 mg", 600 ədəd "Biosteron Dhea 25 mg", 1 344 ədəd "Nexium 20 mg", 1470 ədəd "Nexium 40 mg", 2016 ədəd "Estrofem 2mg", 3000 ədəd "Roaccutane 20 mg", 1 530 ədəd "Roaccutane 10 mg", 2 000 ədəd "Anti-fosfat cc 500 mg", 990 ədəd "Progestan 200 mg", 1 600 ədəd "Anti-asidoz 500 mg", 112 ampula "Devit-3300000 I. U/ ml", 2 800 kapsul "Hydrea 500 mg" yazılan dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.