06 avqust 2020 10:45
356

Gültəkin xalanın videoqeybəti

Müxalifətin radikal qanadının, o cümlədən “Milli Şura”nın üfunət qoxuyan bir bataqlığa çevrildiyi çoxlarına bəllidir. Xüsusilə də “Milli Şura” adlanan qurumun rəhbərliyində təmsil olunmuş şəxslərin keçirdiyi videokonfranslar radikal müxalifətin gerçək durumunu, bu düşərgədəki mənəvi-əxlaqi deqrodasiya prosesinin son həddə çatdığını ən “incə” detalları ilə nümayiş etdirir. Əslində Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Rafiq Manafov, Vidadi Mirkamal, Qənimət Zahid və digərlərinin iştirak etdikləri videokonfrans, videoqeybət və yaxud Gültəkin xala və digərlərinin qeybət videokonfransı adlandırmaq daha doğru olardı...

Bu günlərdə AXCP və “Milli Şura”nın daha bir qalmaqallı videosu yayılıb. Videogörüntülərdə Gültəkin Hacıbəyli xalqın sosial vəziyyətinin pisləşməsinin onların xeyrinə olduğunu deyib. Bildirib ki, karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir, bu da açığı birmənalı olaraq bizə sərf edir: “Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların, etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., buna sevinmək lazımdı. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, bunların yaxasına çökək, hay küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması birmənalı olaraq bizim xeyrimizədi”.

Bax, reallıq budur. Budur dağıdıcı müxalifət “liderlərinin” iç üzü və xislətləri. Bu baxımdan, belə bir tərzdə tərsinə düşünənlərə insan yox, məxluq deyirlər. Çünki Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi məxluqlarda normal anlama, hadisəni təhlil etmək, şüur qabiliyyəti olmur. Mümkünsüzdür. Çünki dərk etmək üçün düşünən baş olmalıdır, o da bu məxluq və satqınlarda heç vaxt olmayıb. Bir də G.Hacıbəyli kimi rəzillər abıra-zada qısılan deyil. Olmayan şeyə necə qısılasan.

Əslində, bu gün də təkcə Gültəkin Hacıbəyli deyil, digər müxalifətin radikal qolunu təmsil edənlərin insanların faciəsi üzərində siyasi oyun qurmaq və divident qazanmaq cəhdləri davam edir. Sadəcə, həmin şəxslərin məlum məqsədlərə xidmət edən əməllərinə cəmiyyətimiz tərəfindən ciddi reaksiya verilmədiyi üçün bu, mətbuatın da diqqətini çəkmir, həmin hay-küy salanları da gündəmdə saxlamır. Amma məhz Gültəkin Hacıbəyli və Əli Kərimlinin cəmiyyətimizə, insanlarımıza hörmət etmədiyini, yalnız şəxsi və korporativ maraqlarını düşündüyünü sübut edən onlarla statusunun və problemlərə olan yanaşmasının şahidi olmuşuq... Bütün bunlar isə, bir daha qeyd edirik ki, onların gündəmdə qalmasına xidmət edir. Yəni artıq müxalifət üçün dövr dəyişib, qrant və ya müxalifətçilik monopoliyasına son qoyulub, xaricdə daha bir anormal və xarici xüsusi xidmət orqanlarının, ayrı-ayrı anti-Azərbaycan dairələrin nəzarətində olan söyüşcül dəstələr formalaşıb ki, onlar da öz təhqiramiz, söyüş ritorikası ilə diqqətləri çəkirlər, gündəmə küçə səviyyəsində olan çəkiliş və statusları ilə gəlməyə çalışırlar.

Nankorluq insan xislətinə yaraşmayan haldır. Ancaq vay o hala ki, insan olub, şeytan və iblis cildinə girə. Bax, bu, dəhşətdir. Haqqı qoyub, nahaq danışan, ancaq pisliklər etməkdən həzz alanlar isə nankorlardır. Vətənin havasını udub, çörəyini yeyib, suyunu içən nankorları bağışlamaq özü cinayətdir.

Sevinc Azadi, “İki sahil”