14 mart 2019 15:14
223

Göyçayda vətəndaşlar qəbul edilib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, 2019-cu ilin martında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xidmət rəisi, general-leytenant Arzu Rəhimov martın 14-də Göyçay, Yevlax, Bərdə, Tərtər, Zərdab, Ağdaş və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşların müraciətləri əsasən, həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub. Xidmət rəisi vətəndaşların müraciətlərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həll edilib. Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbulda 33 vətəndaş iştirak edib.

Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.