10 avqust 2020 10:48
1376

Görkəmli səyyahları tanıyırsınızmı?

Bildiyimiz kimi, dünya naməlumluğunu onu kəşf etməyə çıxan səyyahların sayəsində itirib. Bu səyahətlərin yüz illər əvvəl edildiyini və o dövr üçün nəqliyyat və yaşayış şərtlərini düşünsəniz, bu insanların nə qədər cəsarətli, inanclı və sərgüzəştli olduğunu görərsiniz. Sizləri də ruhlandırmaq niyyəti ilə bütün çətinliklərə və təhlükələrə baxmayaraq dünyanı araşdırmağı dayandırmayan həmin səyahətçilərlə tanış etmək istəyirik.

Əl-Həsəni Əl-İdrisi

Mərakeşli səyyah, addım-addım Şimali Afrika, İspaniya, Avropanı gəzmişdi. Sonra Anadoluya gəlmiş, gümüş hesabatda 70 hissədən ibarət dünya xəritəsini çəkmişdir.

Covanni Kaprini

Papanın səfiri olaraq Monqolustana gedən 60 yaşlı səyahətçi, Orta Asiyada, Baykal gölündə və Aral dənizinə ayaq basan ilk Avropalı adını qazandı. İtalyan səyyah bu səfərlərini “Tatarların kitabı”nda təsvir etmişdir.

Marko Polo

1271-ci ildə atası və əmisi ilə birlikdə Venesiyanı tərk etmiş və İpək Yolu ilə hərəkət edərək Çinə çatmışdır. Monqolustanda Kubilay xanın müşaviri işləmiş məşhur səyyahın bu səyahəti tam 14 il çəkmişdir.

Xristofor Kolumb

1492-ci ildə İspan bayraqlı 3 gəmi ilə yelkən salmış Kolumb əvvəlcə Baham adalarına gəlmişdir. Sonralar isə Yamayka, Honduras, Trinidad və Kubaya gəlib çatmışdır. Getdiyi yerlərin hamısının Hindistan olduğunu düşünürdü. O, yeni bir qitə kəşf etdiyini öyrənmədən öldü.

Vasko da Qama

1497-ci ildə Portuqaliyadan yola çıxmış, Ümid Burnunu gəzərək Hindistana tərəf getmiş, 1498-ci ildə Kalkutta şəhərinə çatmışdır. Bu çətin səyahət olsa da onu dünyaca məşhur səyahətçilərdən biri etmişdir.

AMERIKA VESPUÇÇİ

1499-1502-ci illər arasında Cənubi Amerika sahillərinə iki səyahət təşkil etmişdir.O,bu torpaqların Asiya deyil, yeni bir qitə olduğunu zənn etmişdir. Vespuççi Amerikanı ilk kəşf edən olmasa da, sonralar bu yeni qitə onun adını almışdır.

MAGELLAN

 1519-cu ildə Argentinanın cənub ucundakı Cənubi Amerikadan Tierra del Fuego’u ayıran boğazını tapmış, boğaza onun adı verilmişdir.

Samirə İsmayılova, “İki sahil”