09 avqust 2019 20:06
164

Goranboyun iki kəndi qazla təmin olunub

Avqustun 9-da qazlaşdırma işləri başa çatdırılmış Goranboy rayonunun Gülməmmədli və Qarapirimli kəndlərinə təbii qaz verilib.

“Azəriqaz” İB-dən bildirilib ki, bu münasibətlə rayon rəhbərliyi və İctimai Birliyin nümayəndələrinin iştirakı ilə açılış mərasimi keçirilib.

Həmçinin nəzərə çatdırılıb ki, Gülməmmədli kəndində 48, Qarapirimli kəndində isə 58 abonentin evi qazlaşdırılıb. İşlərə bu il başlanılıb və hər bir fərdi mənzilin qaz kəməri üzərində qaz sayğacı quraşdırılıb.