07 noyabr 2019 20:18
180

Gənc rejissor: Belə bir festivalda iştirak etmək çox qürurvericidir

X Bakı Beynəlxalq Qısa Filmlər Festivalın finalçısıyam. Çəkdiyim “Ölkəm” qısametrajlı filmi festivalın finalında nümayiş ediləcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimində kinorejissor Tofiq Teymuroğlu deyib.

Bildirib ki, bu filmdə ölkəmiz təbliğ edilir, Azərbaycanın öndərlərinin şüarları ilə vətənimizin gözəl guşələrinin vəhdəti əks olunur. Əlbəttə, belə bir festivalın finalında iştirak etmək çox qürurvericidir.