Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
23 sentyabr 2020 13:13
302

Futbolçuları ildırım vurdu: 14 yaralı var

İsveçrənin Sankt-Qallen əyalətində yeniyetmə futbolçuları matç zamanı ildırım vurub.

"İki sahil" Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Xəsarət alan futbolçuların 15-16 yaşları var.

Qeyd olunur ki, ildırım əvvəlcə işıq dirəyini vurub, oradan elektrik kütləsi yerə keçərək futbolçuların xəsarət almasına səbəb olub.