05 avqust 2020 21:13
641

Fuad Qəhrəmanlının vəkilindən açıqlama: Səhhəti və sağlamlıq durumu çox yaxşıdır

AXCP funksioneri Fuad Qəhrəmanlının vəkili Araz Həsənov son zamanlar hüquqlarını müdafiə etdiyi şəxslə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

A.Həsənov müvəkkilinin işgəncə və psixi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatların heç bir əsasının olmadığını deyib. 

"Son zamanlar sosial şəbəkələrdə onun işgəncə və psixi zorakılığa məruz qalması haqda yayılan məlumatlar dezinformasiyadır. Heç birinin əsası yoxdur.

Fuad Qəhrəmanlı istintaq ifadəsini mənim iştirakımla şərbəst şəkildə verib. Səhhəti və sağlamlıq durumu çox yaxşıdır".