11 sentyabr 2019 12:25
94

Fuad Nağıyev və səfirimiz ÜTT Baş Assambleyasının sessiyasında iştirak edir

Sentyabrın 9-da Rusiyanin Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb.

"İki sahil" xəbər verir ki, sessiyada 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak edir. 
Baş Assambleyanın 23-cü sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alıb.

Tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycanın İspaniya Krallığındakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov iştirak edir.

Qeyd edək ki, sessiya sentyabrın 13-dək davam edəcək.